ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə etmək istəsə, bu vaxt ABŞ və müttəfiqləri Rusiya qoşunlarını və texnikasını məhv edəcək,.. həmçinin onun Qara dəniz donanmasını batıracaq.
Qeyd edək ki, bunu “The Guardian” yazır.
Hazırda təqaüddə olan general izah edib ki, nüvə buludu Polşa ərazisinə çatarsa, bu, NATO üzvü olan ölkəyə hücum kimi qəbul ediləcək və ona görə də Alyansın beşinci maddəsi aktivləşəcək.
Petreus Moskvanın Polşaya da birbaşa zərbə vura biləcəyini istisna etməyib.
ABŞ, NATO və müttəfiqlərinin Ukraynada, eləcə də Krımda, Qara dənizdəki Rusiya qüvvələrini məhv etmək səylərinə rəhbərlik edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu da Petreus bildirib.
Eyni zamanda o vurğulayıb ki, Ukraynaya nüvə zərbəsi mütləq NATO-nun reaksiyasına səbəb olmayacaq. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri “belə bir cavabın məqsədəuyğun olacağına” diqqət çəkib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB