Estoniya sərhədində Ukrayna avtomobillərindən ibarət növbə yaranıb
Rusiya və Estoniya sərhədində Ukrayna nömrəli avtomobillərin növbəsi yaranıb.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Şimal-Qərb Gömrük İdarəsinə istinadən xəbər verir.
Saytın yazdığına görə, sentyabrın 30-da Leninqrad vilayətindəki İvanqorod keçid məntəqəsində 80-ə yaxın Ukrayna nömrəli avtomobil olub.
“Gömrük orqanları adi qaydada işləyir, növbə Estoniya sərhədçiləri tərəfindən uzun müddət rəsmiləşdirildiyi üçün yaranıb”, - mətbuat xidməti bildirib.
Bundan əlavə, Estoniya sərhədçilərinin 21 nəfəri ölkəyə buraxmadığını, onlarda lazımi sənədlərin olmadığına görə onların Rusiya ərazisinə geri göndərildiyi bildirilir.
Bundan əvvəl Rusiya və Gürcüstan sərhədində ölkəni tərk etməyə cəhd edən 180-dən çox kişinin çağırış vərəqəsi aldığı bildirilirdi.
Qeyd edək ki, sərhəddə tərkibinə hərbi komissarlığın və nümayəndəlik orqanları nümayəndələrinin daxil olduğu hərbi xidmətə çağırış üzrə əməliyyat qrupu fəaliyyət göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB