Ukrayna Silahlı Qüvvələri müttəfiq qüvvələrin Krasnı Liman istiqamətindən Kremennaya şəhərini xaotik şəkildə atəşə tuturlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya”nın müharibə müxbiri Dmitri Zimenkin xəbər yayıb.
Qeyd edək ki, bundan əvvəl hərbi müxbir Aleksandr Kots Ukrayna Silahlı Qüvvələrinin Krasnı Limanı tərk edərək Rusiya Federasiysının Silahlı Qüvvələrinin yenidən qruplaşdığı Kremennaya şəhərinə yaxınlaşdığını bildirmişdi. Onun dediyinə görə,Ukrayna Silahlı Qüvvələri Kremennayanın təxminən 20 kilometrliyində yerləşən Torskoye kəndini “işğal” edib (...insaf da yaxşı şeydir, ..yəqin rus müxbir “azad” demək istəyib, amma...-A.B).
Yerli sakinlərin sözlərinə görə, partlayışlar Kremennayanın bütün rayonlarında müşahidə olunur. Luqansk vilayətindəki vəziyyəti təsvir edən Zimenkin Ukrayna Silahlı Qüvvələrinin Kremennaya ehtimal edilən hücumundan xəbər verir.
Oktyabrın 1-də Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Krasnı Liman şəhəri yaxınlığında mühasirəyə alınma təhlükəsi səbəbindən Rusiya Silahlı Qüvvələrinin və müttəfiq qüvvələrin daha sərfəli xəttlərə çəkildiyini bildirib.
Oktyabrın 2-də Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri tərəfindən Krasnı Limanın tam təmizləndiyini elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB