"Ukraynanın Mühafizəkar Dostları"

Conson bu partiya qrupuna rəhbərlik edəcək
"Ukraynanın Mühafizəkar Dostları"

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın Mühafizəkar Dostları partiya qrupuna rəhbərlik edəcək.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.
“Mən çox şadam ki, Ukraynanın Mühafizəkar Dostları qrupunun yeni prezidenti, bir çox cəhətdən bu rola ən bariz və ən layiqli namizəd olan birinə yer ayırıram”, - Con Uittinqdeyl bildirib.

Qeyd edək ki, Boris Conson iyulun 7-də yüksək səviyyəli siyasi qalmaqallar silsiləsi nəticəsində istefa verib. Siyasətçi son illərdə bir neçə dəfə ingilislər tərəfindən özünün və hökumətin etibarını sarsıdıb.

O, “Downing Street”də partiyanın əsas donorunun pulu ilə edilən mənzillərin dəbdəbəli təmiri, “Downing Street”də alkoqollu ziyafətlər səbəbiylə tənqid edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə