Putin səfərbər edilmiş rusları qırğın üçün Ukraynaya göndərir

Putin səfərbər edilmiş rusları qırğın üçün Ukraynaya göndərir

Vladimir Putinin Ukraynaya qarşı müharibədə cəbhələri gücləndirmək üçün hərbi təcrübəsi olan və olmayan 300 min “ehtiyatçı”nı aktivləşdirmək qərarı yüz minlərlə rusiyalı gəncin ölkəni tərk etməsinə səbəb olub.(...əslində 300 min “ehtiyatçı”nın özü rəqəmin reallığını əks etdirmir-A.B.)

...Rus çağırışı həddindən artıqdır, ancaq ilk ağlına gələn səbəblərə görə deyil.

“...Ukraynaya yeni çağırışçıların, zəif təlim keçmiş ehtiyatda olan əsgərlərin və təlim keçməmiş mülki şəxslərin göndərilməsi qırğın reseptidir. Onlar orada qarşılaşacaqları heş bir şeyə hazır olmayacaqlar”, - ABŞ ordusunun istefada olan generalı Mark Hertlinq “Washington Post” nəşri üçün yazdığı məqalədə bəyan edib.

Qeyd edək ki, İraq müharibəsi zamanı o, birinci zirehli diviziyaya, daha sonra isə Avropadakı ABŞ ordusuna komandanlıq edib.

O, neçə il əvvəl ABŞ ordusunda bütün əsas təlimlərə, eləcə də hər bir amerikalı piyadanın keçdiyi təkmil təlim prosesinə nəzarət edən bir təşkilata komandanlıq etmək təyin edildiyini xatırlayır. O zaman ABŞ hər il təxminən 160.000 əsgər və zabiti işə götürürdü. Hərbi xidmətə könüllü gələn amerikalıların əksəriyyəti 10 həftəlik əsas təlim kursundan keçir və sonra əlavə ixtisas hazırlığı üçün müxtəlif yerlərə səfər edirdi.

Hertlinq izah edir ki, “əsas” təlim əsgərlərin odlu silahdan atəş açmaq, ilk yardım, ərazidə naviqasiya və qumbara atmaq kimi bacarıqları öyrəndiyi və məşq etdiyi gərgin dövrdür. Həm də komandada işləməyi, müxtəlif növ hücumlara cavab verməyi öyrənirlər. Onlar həmçinin təlim, peşəkar etika və dəyərləri və bir sıra digər bacarıqları öyrənirlər.

Hertlinq yazır ki, ABŞ ordusunun Avropadakı komandanı kimi onun bir neçə dəfə Rusiyaya səfər etmək imkanı olub. Bu səfərlər zamanı o, başqa ölkənin ordusunun öz çağırışçılarına necə təlim keçdiyini və onları öz qüvvələrinə inteqrasiya etdiyini müşahidə edib. Rusiya silahlı qüvvələri əsasən çağırışçılardan ibarətdir. İldə iki dəfə 18-27 yaş arası rus kişiləri yerli hərbi komissarlıqlara gəlməlidirlər.

Maraqlıdır ki, amerikalı hərbçini qane etməyən təkcə rus çağırışçılarına keçilən təlimləri deyil, həm də onların yaşam tərzi olub.

“...Rusiya ordusunun Ukraynaya qarşı kampaniyasının yeddi ayı ərzində müşahidə edərək, bütün məğlubiyyətlərə təəccübləndiyimi deyə bilmərəm. Rusların uğurları onların hazırlığına uyğun gəlir və bu, pisdir. İtkilərin sayı da bunu əks etdirir. Təəccüblü deyil ki, bu qədər rus gənci ölkədən qaçır”, amerikalı general yazır bunu.

...Çox güman ki, səfərbər edilmiş ruslar 7 aylıq döyüşlərdən sonra ruhdan düşmüş və tükənmiş bölmələrə əlavə olaraq göndərilir. Bu birliklərin son vaxtlar məhbuslarla, qondarma “Xalq Respublikaları”ndan olan yaraqlılarla və muzdlularla “möhkəmləndirilməsi” vəziyyətə kömək etməyəcək. Nəticə proqnozlaşdırıla bilən olacaq. Putin döyüşmək istəməyən rus kişilərini hazırlamadıqları müharibəyə göndərməyə davam edə bilər. Bu sadəcə qətl olacaq. Amma bu dəfə Putin öz vətəndaşlarını öldürür.

Bunun da amerikalı general bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə