İran ümidlənib...pulunu istəyir

Xəbər verildiyi kimi, İran son həftələrdə sanksiyalara görə xarici hesablarda ilişib qalmış milyardlarla dolları azad etmək üçün “əhəmiyyətli irəliləyiş” əldə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi İranın yarı rəsmi xəbərlər agentliyinə istinadən xəbər verir.

İran, ABŞ-ın sanksiyaları səbəbindən təxminən 7 milyard dollarlıq neft valyuta gəlirlərinin ən çox Cənubi Koreyada bloklandığını bildirib.

Qeyd edək ki, bu açıqlama 2015-ci il nüvə sazişinin yenidən başlaması ilə bağlı danışıqların dalana dirəndiyi və İslam Respublikası rəhbərliyinin geniş yayılmış anti-hökumət etirazlarının şiddətli təzyiqi altında olduğu bir vaxtda verilib.

ISNA İran Mərkəzi Bankının bəyanatına istinadən daha ehtiyatlı şəkildə xəbər verib: "Bəzi bank məsələləri qalmaqdadır, lakin həll yolu tapmaq üçün müvafiq tərəflərlə müzakirələr aparılır".

Dövlət qəzeti olan “Nour News” öz növbəsində bildirib ki, o, BMT-nin şənbə günü iranlı amerikalılar Siamak və Baqer Namazinin Tehran həbsindən azad edilməsini elan etməsi nəticəsində vəsaitlərin “yeni hesablara” daxil olacağını gözləyir.

Amma maraqlıdır ki, ABŞ hələ ki, Namazinin buraxılması və ya vəsaitin ayrılması ilə bağlı rəsmi açıqlama verməyib.

...Xatırladaq ki, Rusiya hərbçiləri Ukraynaya zərbələr endirmək üçün İranın kamikadze dronlarından istifadə etməyə başlayıb. Onlar indi əsasən cənuba, xüsusən də Odessa və Nikolayev vilayətlərinə hücum edirlər. Ukrayna Silahlı Qüvvələri isə PUA-larla uğurla mübarizə apardığını bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə