Burkina-Fasonun devrilmiş lideri, polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba 29 sentyabr çevrilişindən sonra istefa ərizəsi verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Damiba istefa ərizəsini paytaxt Vaqaduqudakı hərbi aviabazadakı hərbi rəsmilərə təqdim edib.
Yanvarın 24-də Burkina Fasoda baş verən hərbi çevrilişdən sonra ordu ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək sentyabrın 29-da yenidən hakimiyyəti ələ keçirdi və ölkənin yeni lideri kimi kapitan İbrahim Traore elan edildi.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB