Kiyev Zaporojye vilayətinin bir hissəsinə çıxışı bağlayır

Kiyev Zaporojye vilayətinin bir hissəsinə çıxışı bağlayır

Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hissəsinə gediş Ukrayna tərəfi tərəfindən əngəllənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqova istinadən xəbər verir.

Onun sözlərinə görə, Kiyev nəzarət-buraxılış məntəqələri vasitəsilə Zaporojye vilayətinin bir hissəsinə çıxışı bağlayıb və insanları “müxtəlif səbəblərdən” ora buraxmırlar.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin LDNR, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair sazişləri ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Onu da qeyd edək ki, bundan əvvəl Rusiya Konstitusiya Məhkəməsi (KM) dörd subyektin qəbulu ilə bağlı sənədlər paketini təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə