Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə bazar günü DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya hökuməti bununla da dörd yeni rayonun Rusiyaya daxil olmasına reaksiya verib. Mesajda qeyd edildiyi kimi, səfirin Almaniya Xarici İşlər Nazirliyində “çox yaxın gələcəkdə” olması gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, TASS Rusiyanın Almaniyadakı səfirliyindən və Almaniya departamentindən hələlik şərh almayıb.
Sentyabrın 23-dən 27-dək Donetsk və Luqansk Xalq Respublikalarında, həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı referendumlar keçirilib. Onların sakinlərinin böyük əksəriyyəti belə bir hərəkətin guya tərəfdarı imiş.
Cümə günü Rusiya prezidenti Vladimir Putin və bu regionların rəhbərləri onların Rusiyaya qoşulması haqqında saziş imzalayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB