Mariupolda işğalçı hakimiyyət müəllimləri oktyabrın 3-də “vacib şeylərdən danışan” sinif saatı keçirməyə məcbur edib. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Telegram-da Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.
....Bütün yaş qruplarından olan uşaqlara çatdırmaq lazımdır ki, Mariupol həmişə Rusiya olub. Lənətə gəlmiş Qərb bu dəfə qanuni referendumu tanımır. Amma 1991-ci ildə Ukraynanın müstəqilliyi ilə bağlı referendum qanunsuz olsa da, tanınıb. Ümumiyyətlə, özünüz oxuyun. Mənbələrimiz səslənməsi üçün təsdiqlənmiş tam mətni ötürüblər.
Bunu merinin müşaviri yazıb.
...Həmçinin, rus təbliğatçılar nümunə kimi Serbiyanın istəyinə baxmayaraq, bütün dünya tərəfindən müstəqil kimi tanındığı iddia edilən Kosovonu, indi isə bu, Qərbin işğalçı psevdoreferendumları tanımamasına mane olmadını misal gətirirlər.
Çıxışın mətnində dəfələrlə "güclü Rusiya" xatırlanır, o, guya hər kəsi təhlükəsizlik və hüquqlara hörmətlə təmin edəcək, baxmayaraq ki, əslində o, Mariupolu demək olar ki, tamamilə dağıdıb.
Təbliğat mətnində deyilir: “Seçimimiz cəsarətli və düzgündür. Böyük və güclü Rusiyanın tərkibində həyatımızın yeni mərhələsi başlayıb”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB