Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” buraxılış məntəqəsində yerləşən Hərbi Komissarlığın əməkdaşları artıq sərhədi keçmək istəyən kişilərə qismən səfərbərliyə dair 180 çağırış vərəqəsini təhvil veriblər.
Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev İnterfaks-a bildirib ki, çağırış vərəqələri hərbi komissarlığın mobil nəzarət məntəqəsi tərəfindən təhvil verilib.
Onu da əlavə edək ki, əvvəllər məlumat yayılmışdı ki, “Yuxarı Lars” keçid məntəqəsindən Gürcüstana getmək istəyənlərin sayı çox olduğundan respublikanın yollarında tranzit avtomobillərin uzun növbələri yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda bu ərazilərdə yüksək hazırlıq rejiminin tətbiq olunduğu da bildirilib.
...Və bir gün əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi rusların axınının xeyli azaldığını bildirib. Belə ki, agentliyin məlumatına görə, sentyabrın 29-dan 30-dək bütün sərhəd-keçid məntəqələri vasitəsilə 6109 rusiyalı sərhədi keçib, sentyabrın 28-dən 29-dək isə 9642 rusiyalı gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB