“Bu mahnını oxumaq qadağandır...”

“Bu mahnını oxumaq qadağandır...”

Bu arada Krım gözəllik müsabiqəsinin qalibi “Gözəllik kraliçası xanım” Olqa Valeyevanın “Çervona Kalina” mahnısını ifa etdiyi video şəbəkələrdə yayılıb.

Maraqlıdır ki, bu arada Krım Parlamentinin Mədəniyyət və Mədəni İrsin Mühafizəsi Komitəsinin sədri Nikolay Volkov Ukrayna “millətçi mahnısı” olan “Çervona Kalina”nı ifa edən “Xanım Krım – 2022” titulunun sahibi Olqa Valeyevanı ekstremizmə görə məsuliyyətə cəlb etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, “Polis əməkdaşları hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Polisin topladığı materiallar əsasında qanuna uyğun qərar veriləcək”.

Xatırladaq ki, bu barədə Krım Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

...Və bu ilin sentyabrında Krımda toyda “Çervona Kalina” mahnısını oxuyan 6 nəfər həbs edilib.

Respublika rəhbəri Sergey Aksyonov bayram təşkilatçılarının və iştirakçılarının bu cür davranışını “ölkəmizə və canları bahasına dünyanı qoruyanlara xəyanət” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə