Ukraynada nüvə silahından istifadə bu münaqişənin mahiyyətini tamamilə dəyişəcəkdi. Bunu bazar günü nümayiş etdirilən NBC televiziya şirkətinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, NATO-nun baş katibi nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı “təhlükəli və məsuliyyətsiz” ritorika adlandırıb.
“Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək”, - o qeyd edib.
"Nüvə müharibəsində qaliblər ola bilməz və bu, açılmamalıdır".
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB