“Avropanın ən təhlükəsiz sərhədi..?”

“Avropanın ən təhlükəsiz sərhədi..?”

...Sərhədçilər Kuznitsa, Polşa yaxınlığında miqrasiya böhranı fonunda miqrantların Polşa-Belarus sərhədini keçməsinin qarşısını almaq üçün ucaldılmış divarın yanında dayanıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu polyaklar məxsusi olaraq təqdim ediblər.

Onlar ruslara eşitdirirmişlər kimi bəyan ediblərr: Polşa Belarusla sərhəddə divarın tikintisini başa çatdırıb.

Qeyd edək ki, bunu Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarin bildirib.

“...Polşaya qeyri-qanuni olaraq giriş hazırda mümkün deyil. Polşa sərhədi bu gün Avropanın ən təhlükəsiz sərhədidir”(?).

Qeyd edək ki, Jarin bunu “tvitter” hesabında yazıb.

Xatırladaq ki, sərhəd divarının tikintisi təxminən 1,6 milyard zlotiyə (təxminən 330 milyon avro) başa gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə