...Dəxli yoxdur, rahibsənsə, hərbi biletin varsa,.. ruslar demiş “davay na stroy”.
Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbi bileti olan rahiblər də qismən səfərbərlik çərçivəsində çağırıla bilərlər. (“...rahibələri demirəm a...hələlik rahiblər-A.B.)
122 qaynar xəttində RBC xatırladıb ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrin ehtiyatında olan bütün vətəndaşları səfərbərliyə məruz qalırlar. “Rahibin əlində hərbi bilet varsa, bu o deməkdir ki, ehtiyatdadır”.
Yəni xidmət etməsə də, hərbi bileti olsa belə, onu yenə də çağırmaq olar.
Qeyd edək ki, bundan əvvəl Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dindarları mənəvi səfərbərliyə çağırıb. Onun fikrincə, məhz o, Rusiya və Ukrayna sakinlərinin tam barışmasına kömək edəcək.
...Bir daha xatırladaq ki, prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərliyin başladığını elan edib. Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, guya 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB