“Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib” - ZELENSKİ

“Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib” - ZELENSKİ

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğalçılardan azad edib. Şəhər mayın 26-dan Rusiyanın işğalı altında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə