Rusiyada yüzə yaxın kütləvi tədbir ləğv edilib

Rusiyada yüzə yaxın kütləvi tədbir ləğv edilib

Sentyabrın 19-dan 25-dək Rusiyada qismən səfərbərliyin elan olunduğu həftə ərzində ölkədə yüzə yaxın kütləvi tədbir - konsertlər, festivallar, şənliklər ləğv edilib və ya təxirə salınıb. SİA xəbər verir ki, Rusiyada qismən səfərbərlik elan ediləndən bir gün sonra normadan 270%-dən çox tədbir təxirə salınıb və ya ləğv edilib.

Vurğulanır ki, fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat elan edildikdən sonra əyləncə tədbirlərinin ləğvində də artım müşahidə olunub. Ləğvetmə və təxirə salınma 436% təşkil edib.

Gələn həftənin sonuna qədər 200-dən bir qədər çox ləğv və təxirə salınma olacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə