Deyirəm, siyasət...başqa “aləmdir”...

Ukrayna prezidenti Vladimir Zelenski Şimali Atlantika Alyansını Rusiya ilə hərbi münaqişəyə cəlb etməyə çalışır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

“ Zelenski NATO üzvlüyünü çox istəyirdi, çünki o, bütün NATO-nu qoşulmağa məcbur etmək və bununla Ukraynada itirdiklərini geri qaytarmağa kömək etmək istəyir”, -Dediyimiz kimi, bunu “Global Times” yazır.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, daha əvvəl Kiyevin NATO-ya üzvlük üçün sürətləndirilmiş şəkildə müraciət edəcəyi məlum olub. Zelenskinin sözlərinə görə, bu qərar “müəyyənedici addımdır”. Bununla belə, Ağ Ev bildirib ki, hazırda Ukraynanın alyansa qoşulması üçün ən yaxşı vaxt deyil.

...Təbii ki, bütün bunlar öz yerində, amma Putinin şəstlə, Rusiya ərazisi böyükdür deyib heç kim bizə “bata” bilməz deməsi də əsassısdır.

Çünki, Uzaq Şərqin əsasən də Sibirin sərvətlərini Rusiyadan daha çox Çin talayaır. Elə bilirsiniz Putin bunu bilmir, təbii ki, çox yaxşı bilir, amma...

...deyirəm, siyasət başqa aləmdir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə