İranda aksiyalar yenidən başladı

İran Tələbə Həmkarlar İttifaqı Şurasının çağırışı ilə bu gün ölkə üzrə universitetlərdə nümayişlər keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın paytaxtı Tehranda sentyabrın 13-də saxlanılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsindən sonra başlayan etirazlar üçüncü həftədə də davam edir.
İran Tələbə İttifaqı Şurasının çağırışı ilə bu gün həbsdə olan tələbələrin azad edilməsi və universitetlərin boykot edilməsi tələbi ilə nümayişlər keçirilib. İranın Kürdüstan əyalətində ticarətçilər tətilə çıxıb və panjurlarını bağlayıblar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə