Kadırov hərbi vəziyyət və nüvə silahından istifadə etməyi təklif edib

Bunun da elə yalandan "dırılladmağı" var...

Çeçenistan rəhbəri Rusiya Müdafiə Nazirliyini Krasnı Limandakı vəziyyətə görə tənqid edib və sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyi, həmçinin nüvə silahından istifadə etməyi təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, Çeçenistan rəhbərinin Rusiya Müdafiə Nazirliyinin qərarlarını ilk dəfə tənqid etməsi deyil. Belə ki, sentyabrın 22-də Ramzan Kadırov Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin təşkil etdiyi hərbi əsirlərin mübadiləsindən kəskin narazılığını bildirib. O, bildirib ki, bu mübadilə Ukrayna şərtləri ilə baş tutub. Kadırov Rusiya hərbi rəhbərliyinin digər hərəkətlərini də tənqid etmişdi.

Qeyd edək ki, mühasirəyə alınma təhlükəsi ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnı Limandan çıxarılıb,

...Amma, sən demə, bu Ramzanı qane etmirmiş. Maraqlıdır ki, Ramzan bu dəfə də, Rusiya Müdafiə Nazirliyinin bu və əvvəlki qərarlarını və fəaliyyətini də tənqid edib. "Hər zaman demişəm: acı, təhqiredici də olsa, səslənən həqiqətdən yaxşı heç nə yoxdur. Bu, irəli getməyin yeganə yoludur. Ona görə də mən Krasnı Limanda baş verənlərə səssiz qala bilmərəm” –deyə Ramzan “yalandan küyə basıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə