Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən və Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdindən yeddi ay sonra Rusiya prezidenti Vladimir Putinin qarşısını ancaq Qərbin onu məhv etmək istəyi dayandıra bilər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu digər bir rusiyalı, iqtisadçı Vladislav İnozemtsev bildirib. Ekspert qeyd edib ki, Qərbin Ukraynaya sülhməramlı qoşun göndərməsi ehtimalı son dərəcə azdır.

Rusiyalı iqtisadçı Putinin nüvə təhlükəsi ilə bağlı dediklərinə rəğmən, Qərb özünə zərbə endirmək riskinə düşməyəcək.

Eyni zamanda İnozemtsev əmindir ki, Qərbin Putinin sıradan çıxarılacağı barədə açıqlaması rus liderini dayandıra bilər.

“...Putin yalnız bütün Qərb liderlərinin açıq bəyanatına qulaq asa bilərdi ki, nüvə silahından istifadə ediləcəyi təqdirdə o, terrorçu elan ediləcək və tapıldığı istənilən nöqtədə öldürüləcək”.

Maraqlıdır ki, İnozemtsevə görə, Putini ancaq bu “...ayıqlaşdıra bilər, amma başqa heç nə”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə