Ruslar Liman şəhərindən geri çəkiliblər...

Sonrakı hücumlar Luqansk vilayəti - Kremennaya, sonra isə Severodonetsk aqlomerasiyası istiqamətində inkişaf edə bilər

Ukrayna hakimiyyəti və komandanlığının nümayəndələri son günlər uğrunda inadkar döyüşlərin getdiyi Donetsk vilayətinin Liman şəhərində rus qruplaşmasının mühasirəyə alındığını bəyan edirlər. Qüyd edək ki, SİA bu barədə elə dünən də məlumat vermişdi.

Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin “Vostok” ordu komandanlığının nümayəndəsi Sergey Çerevatı şənbə günü, oktyabrın 1-də bildirib ki, Limanda 5,5 minə qədər rus əsgəri var, lakin onların hamısını mühasirəyə almaq mümkün deyil, çünki bəziləri geri çəkilməyə nail olub.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday Limanda 5 minə yaxın rusiyalı hərbçinin qaldığını bildirib. Qayday iddia edir ki, onlar “Rusiya komandanlığından şəhəri tərk etmək üçün icazə istəyiblər, lakin müraciət rədd edilib və indi onlar ya mühasirəni yarmağa cəhd edəcək, ya ölə, ya da təslim ola bilərlər. Qaydayın sözlərinə görə, mühasirəyə alınmış şəhərdə ruslara döyüş sursatı çatdırılması və ya qəsəbədən sakit çıxış imkanı artıq əngəllənib. Onun sözlərinə görə, sonrakı hücumlar Luqansk vilayəti - Kremennaya, sonra isə Severodonetsk aqlomerasiyası istiqamətində inkişaf edə bilər.

...Və bu arada Rusiya qoşunları Ukraynanın Liman şəhərindən geri çəkilib.

SIA-nın əldə məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Limandan daha sərfəli xəttlərə çəkilib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə