Almaniyanın müdafiə naziri Kristina Lambrext şənbə günü, oktyabrın 1-də Ukraynanın sürətləndirilmiş prosedur çərçivəsində Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciəti blokun bütün üzvləri ilə müzakirə olunacağını bildirib.
Qeyd edək ki, SİA-nın da verdiyi məlumata görə, cümə günü, sentyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin sürətləndirilmiş prosedur əsasında alyansa qoşulmaq üçün müraciət etdiyini açıqlayıb.
Maraqlıdır ki, Lambrext Ukraynanın öz üstünlüklərinə uyğun olaraq alyans seçməkdə azad olduğunu bildirib.
Onu da qeyd edək ki, NATO artıq Ukraynanın alyansa qəbulunun sürətləndirilməsi ilə bağlı bəyanata cavab verib.
Eyni zamanda, almaniyalı nazir ölkəsinin alyansdakı müttəfiqləri ilə məsləhətləşmədən müstəqil olaraq müvafiq qərar qəbul edə bilməyəcəyini də gizlətməyib.
Alman rəsmisinin sözlərinə görə, NATO-ya üzv olan 30 ölkənin hamısı bu məsələ ilə bağlı çıxış etməlidir. Məsələ bundadır ki, müzakirələr zamanı Ukraynadakı vəziyyət də nəzərə alınacaq.
Xatırladaq ki, bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbok Ukraynanın NATO-ya daxil olması məsələsi ilə bağlı danışıb. O, Berlinin Kiyevi dəstəkləməyə davam edəcəyini, eyni zamanda digər dövlətlərin münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB