ABŞ-ın Frorida ştatında Yen qasırğası nəticəsində ölənlərin sayı 40 nəfəri keçib. SİA-nın xəbərinə görə, bu barədə CNN kanalı məlumat yayıb.
Meteoroloqların məlumatına görə, 4-cü dərəcəli təhlükə kateqoriyasına aid qasırğanın sürəti 250 km/saata çatıb. Təbii fəlakət zonasında elektrik təchizatı kəsilib, rabitə xətləri sıradan çıxıb, aeroportlar işləmir. Tikililərə ciddi ziyan dəyib.
Cənubi Karolina ştatında əhaliyə evlərini tərk etməmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB