“Biz hamını qoruyacağıq...”

Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri işğal altında olan ukraynalılara müraciət edib

Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak işğal altında olan ukraynalıları arxayın edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə televiziya verilişi zamanı bildirib.

Vladimir Putinin Ukrayna ərazilərini ilhaq etmək niyyətində olduğu Kremldəki aksiyadan sonra müvəqqəti işğal olunmuş rayonlardan gələnlər şoka düşüblər.

“...Ukrayna sivilizasiyalı müharibə normalarına riayət edir və siz öz vətəndaşlarınızın inciməsinə imkan verməyəcəksiniz. Hamını qoruyacağıq və mümkün qədər tez götürəcəyik. Ona görə də biz tərəfdaşlarımıza deyirik ki, nə Putinin, nə onun ətrafının düşüncəsində dəyişiklik, nə də Rusiyada çevriliş gözləmək lazım deyil. Bu səbəbdən biz müəyyən silahlar tələb edirik”, - deyə müşavir bildirib.

Müşavir, həmçinin əmin edib ki, hakimiyyət silahla qorxudulub seçkilərə aparılan yerli insanları da başa düşür.

Podolyakın sözlərinə görə, “...bizim bu “referendumların” təşkilində bilavasitə iştirak edənlərə qarşı son dərəcə mənfi münasibətimiz var. Onlar işğalçıların kütləvi cinayətlərində şərik olublar”.

O, həmçinin belə hesab edir ki, işğal olunmuş ərazilərin azad edilməsi nəticəsində Ukrayna sakinləri onları qorumağa qadir olan dövlətlərini həqiqətən də dəyərləndirməyə başlayacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə