Bayden də baş verən partlayışları təxribat adlandırıb

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlar “planlı təxribat”dır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden deyib.

TASS onun sözlərindən sitat gətirib: “Bu, qəsdən edilmiş təxribat aktı idi”.

Amerika lideri həmçinin ABŞ və müttəfiqlərinin həqiqəti öyrənəcəklərinə söz verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin “Şimal axını” xətlərində fövqəladə vəziyyətə görə kimin məsuliyyət daşıdığını təxmin etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, baş verənlərlə bağlı hazırda çoxlu versiyalar var.

Xatırladaq ki, qaz kəmərlərinin üç hissəsinə ziyan sentyabrın 26-da qeydə alınıb. Alman təhlükəsizlik xidmətləri “Şimal axını”nın hər iki xəttinin yararsız hala düşəcəyini və bağlanacağını etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə