Zelenski NATO-ya üzvlük üçün rəsmi sənədi imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının iclasından sonra sürətləndirilmiş formatda NATO-ya üzvlük üçün rəsmi müraciət sənədini imzalayıb. SİA xəbər verir ki, Zelenski Rusiyanın 4 bölgəni ilhaq etmək qərarından sonra verdiyi açıqlamada "NATO-ya üzvlük üçün müraciətimizi rəsmi şəkildə təqdim etdik" dedi.

"Biz Rusiya ilə dialoqa hazırıq, lakin indi Putinlə deyil, başqa prezidentlə danışırıq. Putin Rusiya prezidenti olduğu müddətdə Ukrayna Rusiya Federasiyası ilə heç bir danışıqlar aparmayacaq", - Zelenski bildirib.

"De-fakto, biz artıq NATO-ya daxil olmuşuq. De-fakto, alyansın standartlarına uyğunluğumuzu artıq sübut etmişik. Bütün bunlar döyüş meydanında öz reallığını sübut etdi. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq. Bu, faktiki alyansdır. Bu gün Ukrayna "de-yure" başqa sözlə, hüquqi üzv olmaq üçün müraciət edir. Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq". Rusiya Ukraynaya hücumlarına “NATO-ya üzvlük” təhlükəsi ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə