Avrozonada inflyasiya rekord həddə çatıb

Sentyabr ayında Avrozonada illik inflyasiya 10 faiz təşkil etməklə rekord səviyyəyə yüksəlib. SİA xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, bu, son 25 ildə ən yüksək inflyasiya səviyyəsidir. Avrozonada inflyasiya ilk dəfə olaraq ikirəqəmli göstəriciyə çatıb.

Sentyabrda Avrozonada ən yüksək qiymət artımı 40,8 faizlə enerjidə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə