Nikol erməni təxribatının anonsunu verir...

Bunların nəinki, ağına, qarasına...lap elə bozuna da nələt! Qeyd edək ki, müasir elm bunu qəbul etməsə də, yəni "sifətin mənası eyni qalmaqdadır" kimi təqdim etsə də, mən bunu ermənilərə şamil etmək istəməzdim. Çünki bu gün elm insanların sayı qədər onların sifət və xarakteri olduğunu deyir

...Deyim ki, tanrı bu sifətlərin heç birini...erməni baş nazir Nikol Paşinyandan əsirgəməyib.

...Bu gün Ermənistan-Azərbaycanda sərhədindəki vəziyyət gərgin olaraq qalır və Azərbaycanın yeni təcavüzü istisna edilmir.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə,

bunu sentyabrın 30-da erməni baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində deyib.

...Vəziyyətin gərginləşməsinin səbəblərinə və Bakının seçdiyi vaxta toxunan Paşinyan bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr mühüm rol oynayıb, çünki bu gün bütün dünya ictimaiyyətinin diqqəti bu münaqişəyə yönəlib.

...Maraqlıdır ki, Nikol paralellər də göstərir ki, “...eynilə, 44 günlük müharibə zamanı dünyanın diqqəti koronavirus pandemiyasına yönəlibmiş” deyə heç kim ermənilərə “əl tuta” bilməyib..

...Bundan əlavə, Nikolun dediyinin başqa bir mənası da budur ki, guya Ermənistanın başı koronavirusa qarışmasaymış...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə