Blinken Ukraynanın NATO-ya daxil olmasına reaksiya verib

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna hazırda Rusiya Federasiyasının tərkibində olan əraziləri geri almağa cəhd etmək üçün tam hüququna malik olduğunu bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, Moskva BMT Təhlükəsizlik Şurasında DXR, LXR, Zaporojye və Xersonun Rusiyaya qoşulmasının pislənməsinə mane olmağa başlayarsa, Vaşinqton təşkilatın Baş Assambleyasına müraciət edəcək.

Blinken həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı eyni mövqedən çıxış edir və açıq qapı siyasətinə sadiqdir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş prosedura əsasən NATO-ya üzv olmasını istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə