Bu, beynəlxalq hüququn pozulmasıdır...

Borrell Putinin yeni regionların Rusiyaya birləşdirilməsi ilə bağlı çıxışına cavab verib

Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır. Avropa İttifaqının (Aİ) Xarici Xidmətinin rəhbəri Xosep Borrel Rusiya prezidenti Vladimir Putinin yeni regionların qoşulması ilə bağlı çıxışına Twitter-də belə münasibət bildirib.

“Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqının elan edilməsi beynəlxalq hüququn ciddi şəkildə pozulması və BMT Nizamnaməsinin pozulmasıdır. Heç bir uydurma referendum buna haqq qazandıra bilməz”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Xosep Borrel, Kiyevi Avropa İttifaqının sarsılmaz dəstəyinə əmin edib və bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi müzakirə oluna bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə