Rusiya 4 rayonu ilhaq edəcəyini açıqlayıb

Kreml bu gün Ukraynanın işğal etdiyi və referendum keçirdiyi 4 rayonu ilhaq edəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Ukraynadakı işğal olunmuş əraziləri sürətlə ilhaq etmək qərarına gəlib. Kremlin sözçüsü Dmitriy Peskov bu gün Kreml Sarayında referendumun keçirildiyi Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiya ərazisinə rəsmi qəbulu ilə bağlı mərasimin keçiriləcəyini bildirib.

Mərasim Kremlin Müqəddəs Georgiyevski zalında keçiriləcək. Rus çarlarının müharibə kampaniyalarını elan etdiyi salonda 2014-cü ildə Krımın ilhaq mərasimi də keçirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə