Rusiya bu ölkədəki konsulluq xidmətlərini dayandırdı

Rusiyanın Podqoritsadakı səfirliyi 6 diplomatın persona non-qrata elan edilməsindən sonra Monteneqrodakı konsulluq xidmətlərini dayandırdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səfirlikdən verilən açıqlamada konsulluq xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

“30 sentyabr 2022-ci il tarixindən etibarən konsulluq xidmətlərimizi dayandırırıq. Konsulluq əməliyyatlarınız üçün qonşu ölkələrin səfirliklərinə müraciət edə bilərsiniz”, - açıqlamada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə