Borrell Rusiyanı Ukraynanın bərpası üçün pul ödəməyə çağırıb

Yetib hər yarağımız, qalıb saqqal daraöımız...

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiyanı Ukraynanın bərpası üçün pul ödəməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

“...Ən vacibi Ukraynanı necə yenidən qurmağı düşünməkdir və şübhəsiz ki, bunun əvəzini Rusiya ödəməlidir”- deyən Borrell, “Avropada təhlükəsizlik strukturunun” yenidən qurulmasının zəruriliyini bəyan edərək, lakin bunun üçün müharibəyə son qoymaq lazımdır”-deyə əlavə edib.

Maraqlıdır ki, avropalı səlahiyyətli Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya hakimiyyəti ilə danışıqlar masasına oturmağın elə də asan olmayacağını da bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqı, NATO və G7 ölkələrindən Donetsk və Luqansk Xalq Respublikalarında (DXR və LPR), eləcə də Xerson və Zaporojye bölgələrində keçirilən və Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumların başa çatması ilə əlaqədar hərbi yardımı artırmağı xahiş etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə