Sərhəd gecə yarısı rusiyalı turistlər üçün bağlıdır

Finlandiya sərhədi gecə yarısı rus turistlər üçün bağlıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Finlandiya hökuməti turizm məqsədləri üçün Şengen vizası ilə Rusiya pasportu olan şəxslərin sərhədi keçməsinə qadağa qoyulması qərarını ictimaiyyətə təqdim edib.

Finlandiya vasitəsilə digər Avropa ölkələrinə tranzit də məhdudlaşdırılacaq. Deyilənlərə görə, qərar fərdi olaraq qəbul ediləcək.

Diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları, ailə və işgüzar səfərlər, təhsil məqsədləri, təcili zəruri işləri yerinə yetirmək, ruslara məxsus daşınmaz əmlaka xidmət göstərmək, habelə mühüm hesab ediləcək digər səbəblərə görə ölkəyə giriş imkanı qalır.

Finlandiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Jussi Tanner bildirib ki, turist vizalarının verilməsi ailə məqsədləri və daşınmaz əmlakın saxlanması (bir giriş, prioritet deyil) üçün davam etdiriləcək.

Sərhəd Mühafizəsinin Sərhəd Nəzarəti Xidmətinin rəhbəri Tuomas Laosmaanın sözlərinə görə, rusların Finlandiya vasitəsilə öz vətənlərinə qayıtması yeni qaydalara zidd deyil və buna icazə verilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə