Rusiya təhlükəsizlik işçilərinin maaşları 5 faiz artacaq

...2023-cü ilin oktyabr ayından etibarən müavinət 10 faizə qədər artacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

“Aylıq müavinət aşağıdakı məbləğdə ödənilir: 5 faiz - 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək; 10 fazz - 2023-cü il oktyabrın 1-dən "deyə hüquqi informasiya portalındakı sənəddə deyilir.

Vurğulanır ki, “maddi dəstəyi artırmaq üçün” müavinət daxili işlər orqanlarının, Federal Penitensiar Xidmətin, mühafizə orqanlarının, federal yanğınsöndürmə xidmətinin, gömrük strukturlarının, Rusiya Qvardiyasının və bir sıra digər idarələrin əməkdaşlarına verilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə