Putinin səfərbərliklə bağlı açıqlaması

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərliyə məruz qalan rusların kateqoriyalarını adlandırıb - bunlar ehtiyatda olan, təcrübə və tələbat olan ixtisaslara malik olanlardır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin qismən səfərbərliyin həyata keçirildiyi kriteriyaların da formalaşdığına xüsusi diqqət yetirib.

“...Bir daha deyirəm: ehtiyatda olan vətəndaşlar, ilk növbədə, silahlı qüvvələrdə xidmət etmiş, tələbat yüksək olan hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olanlar hərbi xidmətə çağırılırlar”, - prezident bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə