Kraliçanın ölüm səbəbi məlum olub

İngiltərənun ən uzun müddət padşahlıq edən monarxı kraliça II Elizabetin ölüm şəhadətnaməsi bu gün açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, ölüm haqqında şəhadətnamədə kraliçanın ölüm səbəbinin "qocalıq" olduğu qeyd edilib.
Şotlandiyanın Milli Reyestrinin (NRS) açıqladığı ölüm şəhadətnaməsinə əsasən, 96 yaşlı Kraliça sentyabrın 8-i cümə axşamı saat 15:10-da Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın ölümü təxminən üç saat yarım sonra dünyaya elan edildi. Kraliçanın ölüm şəhadətnaməsini qızı Şahzadə Annanın imzaladığı öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə