Hulusi Akar Yunanıstanı dialoqa çağırıb

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Egeydə problemlərin sülh yolu ilə həllini istədiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Hulusi Akar Şırnak vilayətində görüşlər keçirib. O burada verdiyi açıqlamasında Yunanıstanın son zamanlar artan təxribatçı hərəkətlərinə və açıqlamalarına toxunub. “Biz Yunanıstanın təxribatçı hərəkətlərdən imtina edərək problemin sülh yolu ilə və qaydalar çərçivəsində həllinin tərəfdarıyıq. İstər onlar bura gəlsinlər, istərsə biz Yunanıstana gedək. Gəlin bu problemləri həll edək. Türkiyə heç kim üçün təhlükə təşkil etmir. Gərginlikdən ən çox Yunan xalqının əziyyət çəkdiyi müşahidə olunur”-deyə Akar vurğulayıb.

27 Setyabrda Türkiyə silahlı qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyata da toxunan Akar, sözmövzusu ərazidə 16 mağaranın dağıdıldığını sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə