İtaliyanın Moskvadakı səfirliyi həmvətənlərinə Rusiyanı tərk etməyi tövsiyə edib

İtaliyanın Moskvadakı səfirliyi ölkədə qalması zərurətlə diktə olunmayan həmvətənlərinə Rusiyanı tərk etməyi tövsiyə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanat cümə axşamı onun saytında dərc olunub.

“Beynəlxalq aləmdə baş verən son hadisələr və Rusiya ilə hava və yol əlaqəsində artan çətinliklərlə əlaqədar Rusiya Federasiyasındakı həmvətənlərə qalma zərurəti barədə düşünmələri və ölkəni tərk etmələri tövsiyə olunur. ” mətndə deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə