Rusiya 3,3 milyard rubl göndərəcək

DXR, LPR, Xerson və Zaporojye vilayətlərinə dəstək üçün

Deməli, Rusiya Federasiyasının büdcəsindən 3,3 milyard rubl DXR, LPR, Xerson və Zaporojye vilayətlərini dəstəkləmək üçün ayrılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, bu barədə prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

Onun sözlərinə görə, vəsait bu regionların nümayəndələrinin təklif etdiyi inkişaf layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Kiriyenko onu da bildirib ki, Ukraynanın hazırda Rusiya ordusunun nəzarətində olan DXR və LPR ərazilərindən olan qeyri-kommersiya təşkilatları Rusiya Federasiyasına daxil olarsa, Rusiya prezidentinin qrantları üçün müraciət edə biləcəklər.

“...Biz artıq bütün ərazilərlə işləyirdik... İnsanlar, QHT-lər bütün hüquqlara malik olacaqlar, sanki onlar artıq Rusiya fərdləri, Rusiya təşkilatlarıdır”.

Qeyd edək ki, bunu da rusiyalı salahiyyətlisi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə