İsveçrə buzlaqların əriməsi təhlükə siqnalı verir

İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı elmi araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb.

SİA xəbər verir ki, 2022-ci ilin İsveçrə buzlaqları üçün "fəlakətli il” olduğu bildirilən araşdırmaya görə, ilin əvvəlindən buzlaqların 6 faizi əriyib və 2003-cü ildən bəri ən yüksək buzlaq əriməsi qeydə alınıb.

Buzlaqların 3 kub kilometri əriyib ki, bu miqdar 3 trilyon litr suya bərabərdir.

Əvvəlki SCNAT buzlaq tədqiqatlarında buzlaqların illik ərimə sürətinin 2 faiz qeyd edilməsi belə "fövqəladə hal" kimi yazılmışdı.

Avqustun 22-də Sürix Federal Texnologiya İnstitutunun saytında dərc edilən araşdırmada 1931-ci ildən 2016-cı ilə qədər Alp dağlarında təxminən 1400 buzlaqın ümumi həcmini yarıya qədər itirdiyi bildirilib.

İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirdiyinə diqqət çəkən araşdırmada buzlaqların təkcə 2010-cu ildən 2016-cı ilə qədər 12 faizinin əridiyi qeyd edilib.

İsveçrə hökuməti buzlaqların əriməsinin artmasının qarşısını almaq üçün 3,2 milyard İsveçrə franklıq tədbirlər paketi hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə