Polislə toqquşmalarda ölənlərin sayı...məlum deyil

Təqribi hesablamalara görə 76 nəfərin öldürüldüyü, 1200-dən çox adamın isə saxlanıldığını bildirilir

İranda hicab taxmaq qanununu pozduğu üçün polis tərəfindən həbs edilən Məhsa Əmininin ölümündən artıq 12 gün keçsə də, amma nümayişlər davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sentyabrın 28-də nümayişçilər polislə toqquşub, çoxlu iştirakçı həbs edilib. Nümayişlər Tehran, Təbriz, Koraca, Qum və Yəzd kimi bir çox şəhərlərdə davam edir.

Bu arada İranın “Fars” xəbər agentliyinin məlumatına görə, sentyabrın 16-dan bəri etiraz aksiyaları zamanı polislə toqquşmalarda azı 60 nəfər ölüb.

Hüquq müdafiəçiləri bildirirlər ki, bəzi ərazilərdə internet kəsilməsi səbəbindən hadisələr və qarşıdurmaların videolarını paylaşa bilmirlər.

Qeyd edək ki, bu arada İranın insan haqları təşkilatı ən azı 76 nəfərin öldürüldüyünü, 1200 nəfərin saxlanıldığını bildirib.

Yeri gəlmişkən, “Tasnim” xəbər agentliyi həbs edilən etirazçılar arasında İranın keçmiş prezidenti Əli Əkbərin qızı Hoşimi Rəfsəncaninin də olduğunu bildirib.

Bir daha xatırldaq ki, 22 yaşlı Məhsa Əmini hicab qanununu pozmaqda ittiham edilərək Tehranda həbs edilib. Həbs edildikdən sonra o, komaya düşüb və üç gün sonra xəstəxanada dünyasını dəyişib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə