"Gangsta's Paradise" mahnısı ilə tanınan amerikalı reper Coolio 59 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Coolio 1980-ci illərdə musiqi bəstələməyə başlayıb, lakin 1995-ci ildə yayımlanan "Gangsta's Paradise" mahnısı ilə hip hop tarixində yerini alıb.

Reperin meneceri bildirib ki, müğənni dostunun evinə gedib və vanna otağında hərəkətsiz vəziyyətdə tapılıb.

Sənətçinin nədən öldüyü hələ də tam dəqiq deyil. Lakin ilkin müdaxilə qrupları reperin ürək çatışmazlığı səbəbi ilə öldüyünü bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə