Şolts və Makron Berlində NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK? - DETALLAR

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts bazar ertəsi Berlində Rusiya əleyhinə sanksiyalar, enerji və “Şimal axını” hadisəsini müzakirə edəcək işçi şam yeməyi keçirməyi planlaşdırırlar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Makron və Şolts qaz qiymətlərinin artması, Ukraynaya dəstək və Fransa ilə Almaniya arasında hərbi əməkdaşlıq məsələsini də qaldırmağı planlaşdırır. Bundan əlavə, Əlcəzairdən qazın Portuqaliya, İspaniya və Cənubi Fransa vasitəsilə Mərkəzi Avropaya çatdırılması üçün 2019-cu ildə dayandırılmış "Midcat" layihəsinin müzakirəsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə