Rusiyaya qarşı 8-ci sanksiya paketi hazırlandı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarını davam etdirir. SİA xəbər verir ki, qondarma referendumlardan və Rusiyanın Ukrayna ərazisindəki Luqansk, Donetsk, Xerson və Zaporojyada qismən səfərbər olunmasından sonra Aİ Rusiyaya qarşı yeni sanksiyalar üçün hərəkətə keçib.

Aİ Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell keçirdikləri birgə mətbuat konfransında Rusiyaya qarşı 8-ci sanksiya paketinin təfərrüatlarını paylaşıblar.

Lyayen açıqlamasında bildirib ki, “Rusiyanın Ukraynadan zorla götürdüyü ərazilərdə keçirilən referendumlar tam pozuntudur. Biz bunları qəbul etmirik. Biz Kremlin bu yeni eskalasiya addımlarına yeni güclü sanksiyalarla cavab vermək istəyirik. Burada fərdlərin və qurumların yer aldığı və cənab Borrell tərəfindən açıqlanacaq qrupların siyahıları genişləndiriləcək''- dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə