Ruslar Ukraynaya Belarusdan hücum edərmi?

Rusiya səfərbər olunanları Belarusa köçürməyə başlaya və Ukraynaya yenidən daxil olmaq üçün orada hücum qruplaşması yaratmağa cəhd edə bilər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri hərbi ekspert Oleq Jdanov deyib.

“...Tamamilə mümkündür ki, ilin sonuna qədər səfərbər edilmiş 500 min hərbçini çağırmağa ümid edən Putin Belarusa bir qrup qoşun yeritmək istəyir. Yeganə sual, onu nə ilə təchiz edəcəkləridir, çünki Belarusda bu, çətin ki, mümkün ola...”-deyən Jdanov Lukaşenkonun hərbi texnikasının ruslara verə biləcəyinə də inanmır. Onun sözlərinə görə, guya bu onun ölkəsinin təhlükəsizliyi üçün da lazımdır.

“...Ona görə də Rusiyanın səfərbər etdiklərini Belarusa köçürməyə başlaya biləcəyini istisna edirəm. Yəni rusların Belarus ərazisində Ukraynaya daxil olmaq üçün orada hücumçu qrup yaratmağa cəhd edə biləcəyinə inanmıram.

Amma, buna baxmayarq maraqlıdır ki, belarus dəmiryolçuları çoxlu sayda yük qatarlarını qəbul etmək üçün infrastruktur hazırlayırlar”. Bunu da Jdanov deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə