“İlk dəfə bizdə tətbiq edilən şəhər xəstəxanası modelimiz araşdırılır”

Paytaxt Ankarada Etlik Şəhər Xəstəxanasının açılış mərasimində iştirak və çıxış edən R.T.Ərdoğan deyib...

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün bir çox ölkə ilk dəfə Türkiyədə tətbiq edilən şəhər xəstəxanası modelini yaxından araşdırır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Ankarada Etlik Şəhər Xəstəxanasının açılış mərasimində iştirak və çıxış edən R.T.Ərdoğan deyib: “Bu gün dünya ilə rəqabət apara bilən dövlət və özəl xəstəxanalarımız, bacarığı və zəhməti hər kəs tərəfindən bəyənilən həkimlərimiz, xidmət keyfiyyətini yüksəldən infrastrukturumuz və ixtisaslı kadrlarımızla qlobal səhiyyə ulduzuna çevrilmişik.

İlk dəfə Türkiyədə tətbiq edilən şəhər xəstəxanaları modeli bu gün bir çox ölkə tərəfindən yaxından araşdırılır.

İnsan kapitalımızı və texnologiya imkanlarımızı ən yüksək səviyyədə birləşdirərək hər bir şəhər xəstəxanasını milli və beynəlxalq brendə çevirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə