Kiyev indi nə nüvə silahı istəyir..?

...Ukrayna prezidenti Vladimir Zelenskidən ölkənin Kiyevin nüvə silahından imtina etdiyi Budapeşt Memorandumundan çıxdığını elan etməsi istənilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq petisiya onun öz saytında dərc olunub.

Petisiyanın adı “Ukraynaya nüvə statusu qaytarılsın, Budapeşt memorandumundan çıxdığını rəsmən elan edin, lakin ABŞ bizə nüvə silahı verdikdən sonra (onları ABŞ-dan istəyin)” “RİA Novosti” xəbər verir.

Bildirilir ki, bu məsələ sentyabrın 22-də gündəmə gəlib. Qeyd edək ki, müəllif Kiyevin nüvə statusu almasını “Rusiyanın nüvə hədəsinin qarşısının alınması” üçün zəruri olması ilə izah edib.

Yeri gəlmişkən xatırladaq ki, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Rusiya, İngiltərə, ABŞ və Ukrayna tərəfindən imzalanıb.

Bu memorandum, Ukraynanın nüvə silahından imtina etməsi müqabilində Kiyevin təhlükəsizliyinə zəmanət verirdi.

...Verdimi?

Qeyd edək ki, Zelenski hələ mart ayında Ukrayna ilə bağlı Budapeşt Memorandumunun “artıq yandığını” söyləmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə