Rusiyaya qarşı yeni sanksiyalara nələr daxildir?

Avropa Komissiyası yeni sanksiyalar çərçivəsində Rusiyanın hərbi-sənaye kompleksini əsas texnologiyalardan məhrum etməyi təklif edir

Avropa Komissiyası növbəti sanksiyalar paketi çərçivəsində Rusiyaya malların ixracına yeni məhdudiyyətlər tətbiq etməyi və Rusiya neftinə qiymət limitinin tətbiqini müzakirə etməyi təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa diplomatiyasının rəhbəri Xosep Borrellə keçirdiyi mətbuat konfransında deyib.

“...Məqsəd Rusiya hərbi kompleksini əsas texnologiyalardan, məsələn, daha çox aviasiya və elektron komponentlərdən, müəyyən kimyəvi maddələrdən məhrum etməkdir”.

Qeyd edək ki, bunu fon der Leyen bildirib.

Bundan əlavə, Avropa Komissiyası Avropa İttifaqının Rusiyaya xidmət göstərməsinə qadağa qoyulmasını və Avropa vətəndaşlarının Rusiyanın dövlət şirkətlərində yüksək vəzifə tutmasının qadağan edilməsini zəruri hesab edir.

“...Bu sanksiya paketində biz Rusiya neftinə qiymət limitinin qoyulması üçün hüquqi baza qoyuruq” -deyən fon der Leyen əlavə edib ki, neft qiymətlərinə “tavan” Avropa İttifaqı üzvü olmayan digər ölkələr tərəfindən də tətbiq edilməlidir.

...Borrelə gəlincə, o, ayrı-ayrı şəxslərin, o cümlədən Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının sanksiya siyahısının genişləndirilməsini, habelə Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən şəxslərə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl 15 Avropa İttifaqı ölkəsinin energetika nazirləri Avropa İttifaqı ölkələrinə idxal olunan qazın mənşəyindən asılı olmayaraq qiymətlərə “tavan” tətbiq edilməsinin zəruriliyi barədə Avropa İttifaqına məlumat verdiklərin bildirilmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə